Fransada şagirdlərin etirazlarına görə 200-ə yaxın lisey bağlanıb

Fransada şagirdlərin etirazlarına görə 200-ə yaxın lisey bağlanıb backend

Oktyabrın 13-də Fransada şagirdlərin kütləvi etirazları ilə əlaqədar 200-ə yaxın lisey (yuxarı sinif məktəbləri) bağlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Eduar Jeffre məlumat verib.

"Bu gün təxminən 200 müəssisə bağlanmalıdır", — deyə nazir "France Inter" radiostansiyasının efirində bildirib.

O qeyd edib ki, hazırda nümayişlər səbəbindən müvəqqəti bağlanan liseylərin sayı ötən həftələrlə müqayisədə xeyli azalıb.

Bundan əvvəl hərəkat iştirakçıları etirazları dayandırmamağa və oktyabrın 13-də keçiriləcək kütləvi nümayişə qoşulmağa çağırıblar.

QAZİLER.AZ