“Zelenski Trampı bezdirib” - Arestoviç

“Zelenski Trampı bezdirib” - Arestoviç backend

Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampı "canından bezdirib" və Tramp onu vəzifəsindən necə kənarlaşdıracağını xəyal edir.

Qaziler.az xəbər verir ki, keçmiş müşavir bu barədə özünün "YouTube" kanalının efirində danışıb.

"Seçkilər olmayacaq. Seçkilər hələ çox uzun müddət keçirilməyəcək. Zelenski Trampı dəlilik dərəcəsinə çatdıracaq qədər bezdirib və Tramp yatıb-durub onu necə uzaqlaşdıracağını düşünür. Lakin Zelenskini Avropa və Böyük Britaniya dəstəkləyir. Buna görə də Zelenski yaxın gələcəkdə getməyəcək, müharibə isə davam edəcək", - deyə o bildirib.

Bununla yanaşı, Arestoviç qeyd edib ki, Tramp bu məsələni belə qoymayacaq. O, Ukrayna rəhbərinə qarşı Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) tərəfindən yeni işlərin açılacağını və hər tərəfli təzyiqlərin olacağını proqnozlaşdırıb.

QAZİLER.AZ