İsrail Hava Limanları İdarəsi, Amerikanın “Delta” aviaşirkətinə məxsus, Nyu-Yorkdan Tel-Əvivdəki Ben Qurion Hava Limanına gələn təyyarənin göyərtəsində partlayıcı qurğu olması barədə anonim məlumat əldə edib.
Qaziler.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində İsrailin "i24News" telekanalının jurnalisti Qay Azriel məlumat verib.
Müxbirin verdiyi məlumata görə, hazırda təyyarədə yoxlama aparılır. Bütün sərnişinlər və ekipaj üzvləri təcili olaraq təxliyə edilib.
Qeyd edək ki, sentyabrın 30-da "Flydubai" aviaşirkətinə məxsus təyyarə qaçırılma siqnalı verərək radarlardan itsə də, sonradan Səudiyyə Ərəbistanında məcburi eniş edib.
QAZİLER.AZ

