Tramp onları axmaq adlandırdı

Tramp onları axmaq adlandırdı backend

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana heç bir dəstək vermədiyinə əminliyini ifadə edib.

Qaziler.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən radikal solçu axmaqlar və dəlilər tərəfindən Çin və Rusiyanın İrana kömək etməsi barədə çoxlu şərhlər görürəm. Əgər belə bir şey varsa da, çox cüzidir. Amma mən ümumiyyətlə hər hansı bir köməyin olduğuna inanmıram", — deyə Tramp qeyd edib.

Sentyabrın sonunda Tramp, ÇXR sədri Si Cinpinin Vaşinqtona rəsmi səfəri zamanı ABŞ, Rusiya və Çinin iştirakı ilə silahlara nəzarət üzrə üçtərəfli danışıqlar aparmağı təklif etmişdi. Rusiya Prezidenti Vladimir Putin isə daha sonra bəyan etdi ki, üç liderin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitindəki potensial görüşü böyük ölçüdə tədbirin ev sahibi kimi Si Cinpindən asılı olacaq.

QAZİLER.AZ