Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı Ər-Riyadın beynəlxalq hava limanına ballistik raketlə hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı husilərin hərbi nümayəndəsi Yəhya Saria öz “Telegram” kanalında paylaşıb.
"Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına ballistik raketlə hücum edib, hədəf dəqiqliklə vurulub", — deyə hərəkatın nümayəndəsi yazib.
Saria həmçinin əlavə edib ki, husilərə məxsus pilotsuz uçuş aparatı (PUA) Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərindəki aviasiya bazasına da zərbə endirib.
Qeyd edək ki, oktyabrın 10-da Yəmən husilərinin Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına endirdiyi analoji zərbə nəticəsində 12 nəfər həyatını itirib, daha 309 nəfər isə yaralanıb. Husilərin nümayəndəsi Yəhya Saria hücumları davam etdirmək niyyətində olduqları barədə xəbərdarlıq edib.
QAZİLER.AZ

