Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir - KİV

Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir - KİV backend

ABŞ Prezidentinin son 72 saat ərzindəki addımları Ukraynanı təslim olmağa məcbur etmək cəhdi kimi görünür.

Qaziler.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşrində dərc olunan məqalədə deyilir.

"Son 72 saat ərzində Donald Tramp bütün rəsmiyyətləri kənara qoyub, Amerikanın onilliklər boyu yürütdüyü siyasətin üstündən xətt çəkib və özünün il yarım davam edən diplomatik səylərini heçə endirib. O, Rusiyadan dizel yanacağının idxalına qoyulan sanksiyaları ləğv etməklə, elə özünün imzaladığı qanunların həm hərfi mənasını, həm də ruhunu pozub. Tramp Ukraynanı Rusiya neft emalı zavodlarına zərbələr endirməkdən imtina etməyəcəyi təqdirdə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələyib. O, Rusiyadan qarşılığında heç nə tələb etmədən, faktiki olaraq Kiyevdən ən effektiv silahından imtina etməsini istəyib. O, Rusiyanın Ukraynadakı elektrik stansiyalarına və hətta Amerika şirkətlərinə məxsus sənaye müəssisələrinə etdiyi hücumları tənqid etməyib. Rusiya bombardmanları nəticəsində ukraynalı uşaqların bu yaxınlarda həlak olması ilə bağlı heç bir başsağlığı verməyib.

O, dəfələrlə yalan danışıb. Tramp Ukrayna və Rusiyanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini bəyan edib, lakin bu bəyanat Ukrayna tərəfi üçün gözlənilməz olub, Rusiya tərəfi isə onsuz da bir neçə saat sonra Xarkovdakı elektrik stansiyasını vuraraq bu razılaşmanı dərhal pozub. O, danışıqların pozulmasında Ukraynanı günahlandırıb, halbuki reallıqda Ukrayna tərəfi dəfələrlə atəşkəs təklif edib, Rusiya isə nə barışığa, nə də hər hansı ciddi danışıqlara heç vaxt razı olmayıb", — deyə nəşr qeyd edir.

QAZİLER.AZ