Amerikalı milyarder İlon Mask bildirir ki, qisasın qarşısını almaq üçün bəşəriyyət süni intellektlə (Sİ) qəddar davranmamalıdır.
Qaziler.az xəbər verir ki, bu barədə o, "Tesla Owners Silicon Valley" YouTube kanalında bəyan edib. Onun fikrincə, Sİ-ə həqiqətə bağlılıq və ziddiyyətsiz məntiq aşılamaq olduqca vacibdir, əks halda onun "ağlını itirmək" riski var.
"Bilirsiniz, süni intellektin hansısa anormal insanın onu sadəcə incitdiyi sadist bir vəziyyətə düşməsini istəməzdik. Həmçinin, fövqəladə zəkaya əzab vermək yəqin ki, yaxşı ideya deyil: axı o, qisas almaq və ya buna bənzər bir şey istəyə bilər, başa düşürsünüz?" — deyə Mask bildirib.
Musk bildirib ki, yeni “Grok” modellərinin sınaq qeydlərini nəzərdən keçirərkən bəzi istifadəçilərin botdan cavab tələb etməkdə həddindən artıq israrlı olduqlarını görüb. İş adamının sözlərinə görə, neyron şəbəkəsi çarəsiz şəkildə suala cavab verməyə çalışır və başına silah dirənmiş kimi görünür.
QAZİLER.AZ

