"Yandex Cloud" platforması, "Yandex"in məlumat mərkəzlərində (data-center) baş verən fasilələr fonunda onun adından edilən fişinq (kiberdələduzluq) hücumları barədə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə platformanın rəsmi saytında yerləşdirilən bildirişdə deyilir.
Şirkətin məlumatına görə, dələduzlar bir neçə ümumi bəhanədən istifadə edirlər. Onlar məlumatların zədələndiyini və bərpa üçün sistemə daxil olmağın lazım olduğunu, nasazlıq səbəbindən hesabın bloklandığını, sistemin dayanmasına görə kompensasiya düşdüyünü və ya təcili köçürmənin (məlumatların köçürülməsi) tələb olunduğunu yaza bilərlər.
"Yandex Cloud" göndərənin ünvanını yoxlamağı tövsiyə edir. Həqiqi məktublar yalnız @yandex.cloud domenindən gəlir. Keçidə (linkə) klikləməzdən əvvəl kursoru onun üzərinə gətirmək lazımdır. Həmçinin .exe, .js, şifrəli .zip və .docm kimi qoşmaları (faylları) açmaq olmaz.
"Məsələn, “24 saat ərzində təsdiqləyin” tipli ifadələr dələduzluq hücumunun əlamətidir", — deyə məlumatda qeyd olunub.
Əgər məlumatlar artıq daxil edilibsə, şirkət şifrəni dəyişməyi, bütün seansları sonlandırmağı, poçtun yönləndirilməsi qaydalarını yoxlamağı və dəstək xidmətinə məlumat verməyi tövsiyə edir.
QAZİLER.AZ

