Zelenskini əvəz edə biləcək 4 namizədin adı açıqlandı - SİYAHI

Zelenskini əvəz edə biləcək 4 namizədin adı açıqlandı - SİYAHI backend

ABŞ Prezidenti Donald Tramp Ukraynanı yeni lider seçməyə çağırıb. Bu çağırış hazırkı prezident Volodimir Zelenskinin siyasi gələcəyi və Kiyevdə növbəti seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı yeni suallar doğurub.

Bəs Ukraynanın yeddinci prezidenti postuna kimlər iddia edə bilər?

Qaziler.az xəbər verir ki, Amerikanın “Newsweek” jurnalı 4 nəfərdən ibarət siyahısını təqdim edib.

Valeri Zalujnı: Ukrayna ordusunun keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Zelenskinin əsas rəqibi hesab olunur.

Kiril Budanov: Ukrayna hərbi kəşfiyyatının rəhbəri kimi tanınıb. O, Rusiyanın sui-qəsd hədəflərindən birinə çevrilməsi ilə məşhurlaşıb.

Mixail Fedorov: Cəmi 35 yaşı olan Fedorov, 2026-cı ilin yanvarında müdafiə naziri olmazdan əvvəl bir neçə il Ukraynanın pilotsuz təyyarələr xidmətinə rəhbərlik edib və baş nazirin müavini olub.

Petro Poroşenko: Rusiyanın Krımı ilhaq etməsindən və Moskvanın Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrində, Donbas kimi tanınan separatçıları dəstəkləməsindən sonra 2014-cü ildən 2019-cu ilə qədər Ukrayna prezidenti vəzifəsində çalışmışdır.

QAZİLER.AZ