Almaniyada robotun küçədə yetkinlik yaşına çatmayan qıza sataşmasından sonra yeniyetmələr saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
Hadisə Köln şəhərində baş verib. Nəşrin məlumatına görə, rəfiqələri ilə gəzintiyə çıxan 16 yaşlı qız fast-fud restoranından çıxarkən, onlara komiks və film qəhrəmanı olan "Dəmir adam" (Iron Man) obrazında bir robot yaxınlaşıb.
Hündürlüyü bir metrdən bir az çox olan robot məktəbli qıza yaxınlaşaraq ona qarşı uyğunsuz və kobud hərəkətlər etməyə başlayıb.
Həmin an hadisə yerinin yaxınlığında 16 yaşlı bir yeniyetmə və ondan üç yaş böyük olan dostu olub. Onlar baş verənləri videoya çəkiblər. Robotun hərəkətlərini məhz onların idarə etdiyi ehtimal olunur. Gənclər saxlanılarkən qaydaları pozan robot yeniyetmənin avtomobilinin baqajında tapılıb.
Nəşrdə bildirilir ki, robot və şübhəlilərin smartfonları müsadirə edilib.
QAZİLER.AZ

