Aİ Qırmızı dənizdəki əməliyyat üçün gəmi tapa bilmir

Aİ Qırmızı dənizdəki əməliyyat üçün gəmi tapa bilmir backend

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə həyata keçirilən "Aspides" əməliyyatı üçün 10 gəmi tapa bilmir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Lüksemburqda Aİ XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməliyyat üçün ən azı 10 gəmi lazımdır, lakin hələlik bu say tamamlanmayıb. Kallas bir neçə Aİ ölkəsinin gəmi ayırmağı təklif etdiyini bildirib və bu təkliflərin real addımlara çevriləcəyinə ümid etdiyini vurğulayıb.

"Əgər Aİ regionda ciddi qəbul olunmaq istəyirsə, bunu etməlidir", — deyə o qeyd edib.

Kallas sentyabrın sonunda da bu missiya üçün karvan (müşayiət gəmiləri) çatışmazlığı olduğunu bildirmişdi.

Qeyd edək ki, "Aspides" missiyası Aİ-nin Qırmızı dənizdə və ona qonşu sularda gəmilərin sərbəst hərəkətini qorumaq üçün həyata keçirdiyi hərbi-dəniz əməliyyatıdır. Bu çərçivədə hərbi gəmilər ticarət gəmilərini müşayiət edərək hücumlardan qoruyur, həmçinin qanunsuz silah ticarəti və "kölgə donanmaları" haqqında məlumat toplayır. Əməliyyatın mandatı 2027-ci ilin fevralına qədər qüvvədədir.

QAZİLER.AZ