Kaya Kallas Rusiya ilə bağlı Trampa çağırış etdi

Kaya Kallas Rusiya ilə bağlı Trampa çağırış etdi backend

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbəri Kaya Kallas ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O, bu barədə oktyabrın 12-də keçirilən mətbuat konfransında bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

"ABŞ bizim ən böyük müttəfiqimizdir, lakin mesajımız aydındır: əgər bu müharibəyə son qoymaq istəyiriksə, bunun yeganə yolu Rusiyaya təzyiqi artırmaqdır. Biz bu müharibəni həqiqətən bitirə bilməyimiz və neft emalı zavodlarına hücumlar şəklində heç bir nəticənin (fəsadın) yaranmaması üçün ABŞ-ni sanksiyalar tətbiq etməyə çağırırıq", — deyə Kallas qeyd edib.

Kallas həmçinin vurğulayıb ki, əgər ABŞ Aİ ilə "eyni dalğada" olsaydı və Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, Qərb Moskvaya həqiqətən təzyiq göstərə bilərdi.

Oktyabrın 12-də Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Avropa İttifaqının Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqlədiyini açıqlayıb. Yeni paket çərçivəsində Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 600-ə yaxın şirkət və fiziki şəxs "qara siyahı"ya salınıb.

QAZİLER.AZ