"Pis adam" rolları ilə tanınan türkiyəli aktyor Nihat Ziyalan vəfat edib

"Pis adam" rolları ilə tanınan türkiyəli aktyor Nihat Ziyalan vəfat edib backend

"Yeşilçam" (Türk kinosu) filminin tanınmış aktyoru, "pis adam" rolları ilə yadda qalan Nihat Ziyalan vəfat edib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, türk kinosunda bir çox filmdə rol alan və "Sezercik aslan parçası" filmindəki "Nedim" rolu ilə tanınan Ziyalan 90 yaşında ölüb. O, uzun illər yaşadığı Avstraliyanın Sidney şəhərində dünyasını dəyişib.

Kadir İnanır, Hülya Koçyiğit, Ediz Hun, Lale Belkıs, Türkan Şoray, Fatma Girik və Selma Güneri kimi türk kino ulduzları ilə birlikdə rol alan aktyor karyerası boyunca təxminən 150 filmdə çəkilib.

QAZİLER.AZ