Latviyada Rusiya və Belarus şokoladları qadağan edildi – Yeni məhdudiyyətlər qüvvəyə mindi

Latviyada Rusiya və Belarus şokoladları qadağan edildi – Yeni məhdudiyyətlər qüvvəyə mindi backend

Latviya mağazalarının rəflərində vərdiş olunmuş Rusiya və Belarus istehsalı olan qida məhsulları, o cümlədən məşhur şokoladlar tamamilə yığışdırılacaq.

Qaziler.az bildirir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.

Oktyabrın 10-dan etibarən ölkə Rusiya və Belarusdan gətirilən kənd təsərrüfatı və qida məhsullarının idxalına tətbiq edilən milli qadağanın dairəsini genişləndirib. 

Qəbul edilən yeni qanun layihəsinə əsasən, qadağan olunmuş geniş məhsul siyahısını artıq nəinki ticarət məqsədilə idxal etmək (həm birbaşa, həm də üçüncü ölkələr vasitəsilə), hətta şəxsi istifadə üçün belə ölkəyə gətirmək olmaz. Kənd təsərrüfatı məhsulları və heyvan yemlərinə tətbiq edilən qadağa hələ 2024-cü il martın 8-dən qüvvədə olsa da, yeni düzəlişlərlə bura hazır qida məhsulları da daxil edilib.

İndiyədək Latviya mağazalarında aktiv şəkildə satılan Rusiya və Belarus istehsalı olan peçenye, şokolad və konfetlər tamamilə satışdan çıxarılmalıdır. Məhdudiyyətlər yükün hansı ölkədən gəlməsindən asılı olmayaraq, birbaşa məhsulun istehsal olunduğu yerə əsasən tətbiq edilir.

QAZİLER.AZ