Hindistanda gəlin toyundan iki gün sonra ərini və onun valideynlərini zəhərləyib

Hindistanda gəlin toyundan iki gün sonra ərini və onun valideynlərini zəhərləyib backend

Hindistanın Maharaştra ştatında gəlin və onun rəfiqəsi toyundan cəmi iki gün sonra bəyi və valideynlərini zəhərləməkdə şübhəli bilinərək həbs ediliblər.

Qaziler.az bildirir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

İstintaqın məlumatına görə, 32 yaşlı Valmik Patil oktyabrın 7-də Suman Sahani ilə evlənib. İki gün sonra gəlin və onun cinayət ortağı olan digər qadın şam yeməyinə zəhər qatıblar. Nəticədə bəy, onun atası və anası ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Bəyin böyük qardaşının yoldaşı və uşaqları isə həmin yeməyi yemədikləri üçün zərər çəkməyiblər.

Hadisədən dərhal sonra şübhəli qadınlar avtomobillə kəndi tərk etsələr də, qonşu dairədə polis tərəfindən saxlanılıblar. Hüquq-mühafizə orqanları bu evliliyi 250 min rupi qarşılığında təşkil edən vasitəçinin rolunu və qadınların saxta nikah şəbəkəsi ilə mümkün əlaqələrini araşdırır.

QAZİLER.AZ