Çexlər Ukraynanı tərk etməyə başladı

Çexlər Ukraynanı tərk etməyə başladı backend

Əslən çex olan bir qrup Ukrayna vətəndaşı ölkənin şərqini tərk edib. 40-dan çox adam artıq avtobusla Zaporojye vilayətinin Çexoqrad məntəqəsini tərk edib.

Bu barədə Çexiya radiosu xəbər verib. Onların əsilləri Ukraynaya 19 əsrdə gediblər.
Əsasən milliyətçə cexlərin yaşadığı bu qəsəbə cəbhə xəttinin təxminən 200 kilometrliyində yerləşir.
Yaxın günlərdə Çexiyaya təxminən 138 belə ukraynalının gəlişi gözlənilir. Çexiya hökuməti onların hamısının ev,iş və tibbi sığorta ilə təmin ediləcəklərini vəd edib.
Ukrayna mətbuatının yazdığına görə, hazırda ölkədə çex əsilli təxminən 20 min adam var.
Diaspora