ABŞ Rusiyanı energetika infrastrukturu ilə bağlı və ya dənizdə məhdud atəşkəsə sövq etmək üçün ona üç sərfəli iqtisadi stimul təklif edib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) müzakirələrlə tanış olan rəsmi şəxslərə istinadən məlumat yayıb.
Təkliflərdən biri Qərbdə bloklanmış milyardlarla Rusiya aktivinin dondurulmasının ləğvini nəzərdə tutur. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, pul atəşkəsdən sonrakı mükafat kimi deyil, atəşkəs üçün stimul kimi nəzərdən keçirilir.
"Vaşinqton həmçinin çoxmilyardlıq sövdələşmə çərçivəsində "Lukoil" şirkətinin hissələrinin Yaxın Şərq investorları qrupuna satılması planına qayıdıb", - NYT yazıb. Qəzetin məlumatına görə, potensial alıcılar arasında amerikalı müzakirəçilərlə işgüzar əlaqələri olan şəxslər var.
Üçüncü təklif Belarusa kalium gübrələrini ixrac etməyə icazə verilməsi ilə bağlıdır. Bu təşəbbüsün müzakirəsini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bərpa ediblər.
Bununla yanaşı, qəzetin məlumatına görə, Ukrayna tərəfi ABŞ-yə aktivlərin dondurulmasının ləğvi zamanı Rusiyanın alacağı məbləğin eynisinin ona köçürülməsini və ya atəşkəsin mümkün pozulması halında əlavə hərbi yardıma zəmanət verilməsini təklif edib.

