Tramp və Putin arasında telefon danışığı olub

Tramp və Putin arasında telefon danışığı olub backend

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığını və Rusiyanın ABŞ və dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.

Apa xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton yanacaq göndəriləcək.

ABŞ Prezidenti bildirib ki, Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, yaxın müddətdə əlavə 3 milyon ton dizel yanacağının da tədarükü nəzərdə tutulur.

Tramp qeyd edib ki, ABŞ-ın Hörmüz boğazına tam nəzarəti və Rusiyanın enerji resursları ilə bağlı bu razılaşma amerikalılar, eləcə də dünya istehlakçıları üçün dizel yanacağının qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.

Onun sözlərinə görə, amerikalılar, xüsusilə fermerlər, heyvandarlıqla məşğul olanlar və yük avtomobili sürücüləri üçün yanacağın qiymətinin rekord səviyyədə aşağı olması administrasiyasının əsas prioritetidir.

Tramp razılaşmanı olduqca mühüm adlandırıb.

ABŞ Prezidenti paylaşımının sonunda İranın nüvə silahına sahib olmayacağını da vurğulayıb.