Almaniya 1500 kilometrə qədər mənzilli baha olmayan qanadlı raketlər alacaq

Almaniya 1500 kilometrə qədər mənzilli baha olmayan qanadlı raketlər alacaq backend

"Anthem" qanadlı raketinin istehsalına 2027-ci ildə başlamaq planlaşdırılır.

Almaniya Silahlı Qüvvələri (Bundestver) 1500 kilometrə qədər uçuş məsafəsinə malik yeni və ucuz qanadlı raketlər əldə edəcək.

Qaziler.az bildirir ki, bu barədə Almaniyanın RND nəşri məlumat yayıb.

Almaniya Quru Qoşunlarının inspektoru, general-mayor Kristian Froydinqin sözlərinə görə, kütləvi istifadə üçün nəzərdə tutulan yeni qanadlı raketlərin satınalınması barədə qərar artıq qəbul edilib.

General vurğulayıb ki, bu silahların köməyi ilə təxminən 1500 kilometr dərinlikdəki hədəflərə kütləvi zərbələr endirmək və düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq (həddindən artıq yükləmək) mümkün olacaq.

QAZİLER.AZ