Brüsseldə məktəblilər və tələbələr fransız dilində təhsil üçün büdcə kəsintilərinə qarşı etiraz aksiyası keçiriblər.
Qaziler.az bildirir ki, bu barədə Belçikanın "Het Laatste Nieuws" (HLN) nəşri məlumat yayıb.
Aksiya iştirakçıları təhsil naziri Valeri Qlatininin tətbiq etdiyi qənaət tədbirlərinə qarşı çıxıblar. Onlar resursların çatışmadığını, noutbukların olmadığını və ciddi müəllim qıtlığı yaşandığını bildiriblər. Qeyd olunub ki, pedaqoq çatışmazlığı ucbatından dərslər ləğv edilir, hətta bəzi məktəblərdə sentyabrın əvvəlindən bəri kimya dərsləri ümumiyyətlə keçirilmir.
Leon Lepaj məktəbinin qarşısında başlayan aksiya zamanı nümayişçilər maneələrlə küçələrdən birini bağlamağa çalışıb, petard və siqnal raketlərindən istifadə ediblər.
Daha sonra Brüssel Mərkəzi Vağzalına doğru hərəkət edən kütlə burada digər böyük həmkarlar ittifaqı və tələbə aksiyası ilə birləşib. Binalarının yandırılmasından sonra polis toplaşanları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib.
QAZİLER.AZ

