Putin rus dilini güclü bir qüvvə adlandırdı

Putin rus dilini güclü bir qüvvə adlandırdı backend

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, rus dili Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üçün güclü birləşdirici qüvvə rolunu oynayır.

Qaziler.az "RİA Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı bunu MDB ölkələri liderlərinin dar tərkibdə keçirilən iclası zamanı vurğulayıb.

"Birliyin bütün geniş məkanında rus dili güclü birləşdirici qüvvədir", — deyə Rusiya lideri qeyd edib.

Prezident həmçinin xatırladıb ki, bu il Beynəlxalq Rus Dili Təşkilatının praktiki fəaliyyətinə start verilib. Moskvada keçirilən ilk nazirlər iclası çərçivəsində ekspertlər mədəni-humanitar irsin qorunması üzrə fəaliyyətin əsas istiqamətlərini təsdiqləyiblər. Putinin sözlərinə görə, yeni institut rus dilinin dünya arenasında fəal şəkildə populyarlaşdırılması və təbliği ilə məşğul olacaq.

QAZİLER.AZ