Meksika həbsxanasında kütləvi dava: Ölənlərin sayı 10-a çatdı

Meksika həbsxanasında kütləvi dava: Ölənlərin sayı 10-a çatdı backend

Meksikanın Sinaloa ştatındakı "El-Kastilyo" həbsxanasında baş verən kütləvi dava nəticəsində azı 10 nəfər həyatını itirib, daha 16 nəfər isə xəsarət alıb. Vəziyyəti sabitləşdirmək üçün cəzaçəkmə müəssisəsinə Milli Qvardiyanın əməkdaşları göndərilib.

Qaziler.az xəbər verir ki, bu barədə oktyabrın 8-də İspaniyanın "El País" qəzeti məlumat yayıb.

"Ölənlər arasında müəssisədə saxlanılan qohumunu ziyarət etməyə gələn bir nəfər də var", — deyə nəşrin məlumatında bildirilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra həbsxana nəzarətə götürülüb. Zərərçəkənlərə ilk tibbi yardım göstərilib, həmin gün üçün nəzərdə tutulan bütün ziyarətlər ləğv edilib. Ştatın prokurorluğu hadisənin başvermə şəraitinin araşdırılmasına başlayıb.

Nəşrin məlumatına görə, bu hadisə Sinaloa ştatında cinayətkar qruplaşmalar arasındakı qarşıdurma ilə bağlı davam edən təhlükəsizlik böhranı fonunda baş verib.

QAZİLER.AZ