Kir Starmerin yerini somalili deputat tutacaq – Tarixi seçim

Kir Starmerin yerini somalili deputat tutacaq – Tarixi seçim backend

Leyboristlər Partiyasının nümayəndəsi, əslən Somalidən olan Saqal Abdi-Vali Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkilərdə qələbə qazanıb. İcmalar Palatasında o, ölkənin sabiq baş naziri Kir Starmeri əvəz edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə oktyabrın 9-da "Sky News" telekanalı məlumat yayıb.

Səsvermənin nəticələrinə görə, Abdi-Vali 12 292 səs (45,17%) toplayıb. İkinci yeri 8 928 səslə (32,81%) Yaşıllar Partiyasının namizədi Zak Polanski tutub. Mühafizəkarlar Partiyasının təmsilçisi Yuen Kemeron isə 1 922 seçicinin (7,06%) dəstəyini qazanıb.

Qeyd olunur ki, Abdi-Vali Somalidə doğulub və 1990-cı illərdə vətəndaş müharibəsindən qaçaraq uşaq qaçqın kimi Böyük Britaniyaya gəlib. O, 10 ildən artıq yerli xeyriyyə təşkilatlarında könüllü və qəyyumlar şurasının üzvü, bələdiyyə administrasiyasının əməkdaşı kimi çalışıb, həmçinin iki məktəbin idarəetmə şurasının tərkibinə daxil olub.

Abdi-Vali 2026-cı ilin mayından Kamden inzibati dairəsinin yerli şurasına rəhbərlik edərək bu vəzifəyə gələn ilk qaradərili qadın olub. Buna qədər isə o, 2022-ci ildən bəri məsləhətçi işləyib və Kamdenin mənzil departamentinə rəhbərlik edib. Bu vəzifədə o, dairədəki sosial evlərin yaxşılaşdırılması üçün 670 milyon funt-sterlinqdən çox vəsait cəlb edə bilib. Deputat postunda özünün əsas hədəfi kimi o, evsizliklə mübarizəni bəyan edib.

QAZİLER.AZ