Rusiya Ukrayna limanlarına zərbələr endirdi

Rusiya Ukrayna limanlarına zərbələr endirdi backend

Rusiya qoşunları oktyabrın 9-na keçən gecə Ukraynanın liman infrastrukturu obyektlərinə, həmçinin respublikanın silahlı qüvvələrinin (USQ) maraqları üçün cəlb olunmuş dəniz gəmilərinə zərbələr endirib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti “Maks” messencerində məlumat yayıb.

Nazirliyin bəyanatında xüsusilə qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri Nikolayev limanında Ukrayna ordusu üçün hərbi yüklər gətirən quru yük gəmisini vurub.

Zərbələrin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirildiyi bildirilir.

Bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya Aerokosmik Qüvvələri aviasiya bombaları ilə Xarkov və Zaporojye vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin üç müvəqqəti dislokasiya məntəqəsini məhv edib.

QAZİLER.AZ