Dünən ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq konqres seçkilərinədək İrana hücum etməyəcəklərini bəyan edib.
Qaziler.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial hesabında paylaşım edib.
Tramp İranla səmərəli danışıqlar apardıqlarını bildirib. Eyni zamanda, İslam Respublikasının iqtisadi və hərbi vəziyyətinin ağır olduğunu bildirib və ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının qüvvədə qaldığını vurğulayıb.
ABŞ prezidenti Hörmüz boğazından rekord həcmdə neft axınının davam etdiyini açıqlayaraq, təkcə ötən gecə 22 milyon barel neftin daşındığını yazıb. Onun sözlərinə görə, İranın neft ixracı və ölkəyə neft tədarükü isə dayanıb.
Tramp paylaşımının sonunda İranın nüvə silahına sahib olmayacağını bir daha deyib.

