Son illər ərzində Rusiyanın təbliğat maşını tam şəkildə təkmilləşdirilib. Axar.az xəbər verir ki, bu fikirlər “Vaşinqton Post” qəzetinin dərc etdiyi yazıda yer alıb. Qəzet ABŞ-ın anti-Amerika materiallarının yayılmasının qarşısını almaq üçün yeni qanun hazırladığını bildirib:
“Bəzi məmurlar deyirlər ki, Soyuq müharibənin bitməsindən sonra Rusiya bu məsələdə əsil inqilaba nail olub. Hazırda “Rossian Tudey” kimi KİV-lərin köməyi ilə Moskva Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Latın Amerikasına qarşı informasiya hücumu həyata keçirir”.