Meksikada 75 yaşlı hakim, restler El İxo de Fişmanın şou zamanı onu rinqə çırpmasından sonra vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə "N+" portalı məlumat yayıb.
Oktyabrın 7-nə keçən gecə Meksikanın Mineral-de-la-Reforma şəhərində (İdalqo ştatı) restlinq şousu zamanı "El Buxo" (El Buho) ləqəbi ilə tanınan 75 yaşlı hakim Xerardo Xerman Pineda həyatını itirib. O, El İxo de Fişman ilə Maskara Saqrada arasındakı qarşıdurmanı idarə edirmiş. Şahidlərin sözlərinə görə, güləşçi hakimə qarşı adətən rəqibə qarşı edilən - başıaşağı çevirib ring döşəməsinə çırpmaq fəndini tətbiq edib. Bu zərbədən sonra Pineda yerdə hərəkətsiz qalıb. Şou dərhal dayandırılıb, hadisə yerinə gələn həkimlər isə hakimin ölümünü təsdiqləyiblər.
Güləşçi saxlanılıb və ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə barəsində araşdırma başladılıb. Bundan əlavə, insidentdən sonra arenanın şou keçirmək üçün rəsmi icazəsinin olmadığı məlum olub və idman obyekti bağlanıb.
QAZİLER.AZ
Fallece el réferi Gerardo Germán Pineda “El Búho” tras recibir un martinete del Hijo de Fishman en plena función. Fue detenido y el nacote se estaba riendo. https://t.co/18rMmAcd94
— ¿Por qué es tendencia en México? (@TendenciasMX) October 8, 2026

