Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi

Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi backend

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını daha 26 maddə artırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilib.

Hazırda qüvvədə olan məhdudiyyətlər rejimi çərçivəsində reyestrə 26 yeni ad və 12 spesifikasiya və iki düzəliş əlavə edilib.

Böyük Britaniyanın son sanksiyalarına 23 şirkət, 3 fiziki şəxs və bir sıra dəniz gəmiləri məruz qalmışdı. Sanksiyalar "Stoliçnıy Kredit" bankı və "Zarubejneft" neft şirkətinə qarşı tətbiq edilib. Bundan əlavə, siyahıya guya "kölgə donanması"nda istifadə olunduğu iddia edilən 3 şəxs və 10 gəmi də daxil edilib.

QAZİLER.AZ