Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ukraynalılar arasında etimad reytinqində hazırkı dövlət başçısı Volodimir Zelenskini geridə qoyub.
Qaziler.az xəbər verir ki, bu, "Rating Group" sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrindən məlum olub.
Tədqiqatın məlumatlarına görə, ukraynalılar arasında Zalujnıya olan etimad səviyyəsi 64% təşkil edir, sorğu iştirakçılarının 25%-i isə ona etibar etmir. Ondan sonrakı pillədə 53% etimad və 40% etinasızlıq göstəricisi ilə Zelenski qərarlaşıb. İlk üçlüyü Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov qapayır ki, ona da respondentlərin 53%-i etibar edir. Sorğuda iştirak edənlərin 31%-i isə əks mövqe nümayiş etdirib.
Etimad səviyyəsinə görə növbəti yerlərdə 38% göstərici ilə sabiq müdafiə naziri Mixail Fyodorov, 29% etimad reytinqi ilə hazırkı hərbi idarənin rəhbəri və 24% göstərici ilə XİN rəhbəri Andrey Sibiqa qərarlaşıblar.
QAZİLER.AZ

