İran yeni pilotlar axtarır: Namizədlərdən rus dili tələb olunur

 İran yeni pilotlar axtarır: Namizədlərdən rus dili tələb olunur backend

İran Ordusunun Hərbi Hava Qüvvələri gənc pilotların cəlb edilməsi məqsədilə tanıtım videosu yayımlayıb.

Qaziler.az "Azad İran"a teleqram kanalına istinadla xəbər verir ki, elanın diqqət çəkən məqamlarından biri namizədlərdən rus dili bilikləri barədə məlumat tələb olunmasıdır.

Rus dilinin namizədlər üçün tələb kimi göstərilməsi İranın yeni nəsil pilotlarının Rusiya istehsalı, o cümlədən “Sukhoi” ailəsinə daxil olan qırıcılar üzrə hazırlanması ilə bağlı ehtimalları gündəmə gətirib. Bununla belə, elandakı rus dili tələbinin konkret olaraq hansı təyyarə proqramı ilə bağlı olduğu açıqlanmayıb.

İran son illərdə Rusiya ilə hərbi əməkdaşlığını genişləndirib. Tehran Rusiyadan “Yak-130” təlim-döyüş təyyarələri əldə edib. İran rəsmiləri həmçinin “Su-35” qırıcılarının alındığını təsdiqləyiblər.

QAZİLER.AZ