ABŞ Prezidenti Donald Tramp oktyabrın 7-də Texasdakı çıxışı zamanı aksiya iştirakçılarının zaldan çıxarılması barədə göstəriş verib.
Qaziler.az “Life.ru”ya istinadla xəbər verir ki, bir neçə nəfər etiraz nümayiş etdirərək qışqırmağa başladıqdan sonra mühafizə xidməti onları tədbirdən uzaqlaşdırmağa başlayıb.
Ağ Ev rəhbəri öz çıxışında demokratları tənqid edərək onların hakimiyyəti dövründə şəhərlərin çirkləndiyini bildirib. Zaldan qışqırıq səsləri ucaldıqdan sonra mühafizəçilər etirazçılardan birini zaldan çıxarıblar.
"İndi o, evə, mamasının yanına qayıdır. Orada onu mütləq cəzalandıracaqlar, çünki o, anasının Trampa səs verdiyini bilmir", — deyə ABŞ lideri bəyan edib.
Tədricən mühafizə xidməti digər etirazçıları da zaldan çıxarmağa başlayıb. Tramp etirazçıların pul qarşılığında bu addımı atdıqlarını iddia edib və onları cəhənnəmə göndərib.
QAZİLER.AZ

