Cənubi Koreya Ukraynadakı səfirini geri çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Koreya Respublikası Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş press-relizdə bildirilir.
"Hökumət Ukraynadakı səfiri ölkəmizə geri çağırmaq qərarına gəlib", — deyə nazirliyin bəyanatında qeyd olunub.
Sentyabrın 24-də Ukrayna rəhbəri Volodimir Zelenski bəyan etmişdi ki, onun ölkəsi ötən il əsir götürülən KXDR-in (Şimali Koreya) iki hərbi qulluqçusunu Cənubi Koreyaya təhvil verib. Bundan sonra respublika prezidenti Li Çjə Myon Kiyevin məxfiliyi pozduğunu qeyd edərək əlavə edib ki, bu məlumatın ictimailəşdirilməsi çoxsaylı problemlərə səbəb ola bilər. Dövlət başçısı Ukraynanın addımlarına görə "dərin təəssüf" hissi keçirdiyini bildirib.
Koreya Respublikası məlumatın sızdırılmasına görə Ukraynanın üzrxahlığını qeyri-kafi hesab edib. Xarici işlər naziri Ço Hyun ölkəsinin qətiyyətli tədbirlərə hazırlaşdığını bəyan edib.
QAZİLER.AZ

