İstanbulda çoxmərtəbəli binanın çökmə anı kameralara düşdü - VİDEO

İstanbulda çoxmərtəbəli binanın çökmə anı kameralara düşdü - VİDEO backend

İstanbulda çoxmərtəbəli binanın uçduğu yerdən video görüntülər yayılıb.

Qaziler.az xəbər verir ki, həmin görüntüləri "Haber7" telekanalı yayımlayıb.

"İstanbulun Maltepe rayonunda yeddimərtəbəli binanın aşağı üç mərtəbəsi uçub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb", – deyə məlumatda bildirilib.

Telekanal qeyd edib ki, binada axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Oktyabrın 8-də Türkiyənin "Habertürk" qəzetinin yaydığı məlumata görə, 7 mərtəbəli binanın aşağı iki mərtəbəsi çöküb və nəticədə insanlar dağıntılar altında qalıb. Bununla yanaşı, yuxarı mərtəbələrdəki mənzillərin sakinləri də binada köməksiz vəziyyətdə qalıblar.

Hadisə yerinə gələn xilasedicilər insanları təxliyə edib və xəsarət alanların axtarışına başlayıblar. Hadisənin səbəbləri barədə hələlik rəsmi məlumat daxil olmayıb. Baş verən hadisə ilə əlaqədar prokurorluq tərəfindən araşdırma başladılıb.

QAZİLER.AZ