ABŞ Prezidenti Donald Tramp regiondakı gərginliyin çox tezliklə başa çatacağını bəyan edərək, münaqişənin tezliklə yekunlaşacağı ilə bağlı əvvəlki vədini yenidən təkrarlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
"Münaqişəni bitirən kimi, — bu isə çox tezliklə baş verəcək, — neft elə həddə qədər ucuzlaşacaq ki, məncə, hətta gərginlik başlamazdan əvvəlki səviyyədən də aşağı düşə bilər", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
ABŞ prezidentinin sözlərinə görə, qarşıdurma bitdikdən sonra neft qiymətləri "daş kimi aşağı yuvarlanacaq". Çərşənbə günü beynəlxalq etalon hesab edilən "Brent" markalı neftin qiyməti barel başına təxminən 99 dollar civarında qərarlaşıb. Sentyabrın ortalarında isə qiymət 108 dollara qədər yüksəlmişdi.
QAZİLER.AZ

