İran “Hizbullah”a 200 milyon dollar göndərib - "Reuters"

İran “Hizbullah”a 200 milyon dollar göndərib - "Reuters" backend

İran İsraillə müharibə zamanı zərər çəkmiş ailələrə köməklik göstərmək üçün "Hizbullah"a 200 milyon dollar məbləğində vəsait köçürüb.

 Qaziler.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Reuters" məlumat verib. 

Onların sözlərinə görə, pul ABŞ-nin İrana təzyiqinin artmasına və Tehranın livanlı müttəfiqinə vəsait köçürməkdə yaşanan çətinliklərə baxmayaraq, keçən ay ötürülüb.

 Köçürmə ilə məşğul olan vasitəçilər 20% komissiya haqqı alıblar ki, bu da adi xidmət haqqından dörd dəfə yüksəkdir.

"Hizbullah" bu vəsaiti təxminən 50.000 ailəyə yönəltməyi planlaşdırır. Hər bir ailə ilkin olaraq təxminən 3.000 dollar almalıdır. 

Təşkilatın nümayəndəsi müəyyən məbləğin daxil olduğunu təsdiqləyib və yaxın günlərdə onun paylanması planını elan edəcəyini bildirib, lakin vəsaitin mənbəyini dəqiqləşdirməyib.

QAZİLER.AZ