Kiyev Avropa İttifaqına tam üzvlük tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy brifinqdə bəyan edib. Onun sözlərinə görə, Ukrayna tamhüquqlu üzvlüyü əvəzləyəcək heç bir alternativi qəbul etməyəcək.
"Xahiş edirik, 'üzvlük' sözünə əlavə təyinlər qoşmayın, hansısa hibrid variantlar, Avropa İttifaqında hansısa yarımçıq üzvlük təklif etməyin", — deyə Tixiy bildirib.
Avropa İttifaqına üzvlüyün alternativi kimi Ukraynaya bu siyasi blokda ölkənin xüsusi statusu ideyası təklif olunur. Sentyabrın sonunda Almaniyanın müxalif Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Kiyevə Aİ-yə daxil olmaq üçün aralıq addım kimi "assosiasiyalı üzv" statusunun verilməsini təklif etmişdi. Onun fikrincə, bu, Ukrayna rəsmilərinə Avropa İttifaqının sammitlərində iştirak etmək hüququ verəcək, lakin səsvermə hüququ olmayacaq.
QAZİLER.AZ

