ABŞ-nin neft ehtiyatları gözlənilmədən azaldı

ABŞ-nin neft ehtiyatları gözlənilmədən azaldı backend

Ötən həftə Amerika Birləşmiş Ştatlarında kommersiya neft ehtiyatları 3,186 milyon barel azalıb.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin həftəlik hesabatında məlumat verilib.

Eyni zamanda, 2 oktyabrda bitən həftə benzin ehtiyatları 382 min barel, distillə edilmiş yanacaq ehtiyatları isə 42 min barel artıb.

"Trading Economics"in məlumatına görə, analitiklər neft ehtiyatlarının orta hesabla 1,7 milyon barel artacağını, benzin ehtiyatlarının 1,7 milyon barel, distillə edilmiş yanacaq ehtiyatlarının 2,1 milyon barel azalacağını proqnozlaşdırmışdılar.

Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalındakı ehtiyatlar 444 min barel artıb. Bir həftə əvvəl isə bu göstərici 553 min barel artmışdı.

QAZİLER.AZ