Zaxarova Kallasın Parisdəki etirazlara susmasına reaksiya verib: "Səsinizi çıxarın"

Zaxarova Kallasın Parisdəki etirazlara susmasına reaksiya verib: "Səsinizi çıxarın" backend

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasa müraciət edərək onu "səsini çıxarmağa" çağırıb.

Qaziler.az bildirir ki, o, bunu Telegram kanalında yazıb.

Rusiya rəsmisi bu bəyanatla Avropa siyasətçilərinin və diplomatlarının Parisdə gənclərin nümayişlərinin sərt şəkildə dağıdılmasına səssiz qalmasını şərh edib.

Zaxarova Fransa polisinin etirazçılara qarşı güc tətbiq etməsini kəskin tənqid edib: “Parisdə polisin öz uşaqlarını döyməsi normal hal sayılır? Yelisey sarayında insan hüquqları və narahatlıqlarla bağlı vəziyyət necədir? Kaya Kallası və "möhtəşəm bağın" digər sakinlərini eşitmirəm - səsinizi çıxarın”, — deyə o bildirib.

Xatırladaq ki, Parisdə məktəblilərin dərslərin gərgin qrafikinə və müəllim çatışmazlığına qarşı keçirdiyi etiraz aksiyaları polis ilə qarşıdurmaya və iğtişaşlara səbəb olub. Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıb, mağaza vitrinlərini və ofisləri dağıdıblar. Polis isə kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib

QAZİLER.AZ