Aİ Rusiyaya qarşı müharibə dövrünün ən böyük sanksiyalar paketini qəbul edir

Aİ Rusiyaya qarşı müharibə dövrünün ən böyük sanksiyalar paketini qəbul edir backend

Aİ Rusiyaya qarşı irimiqyaslı yeni sanksiyalar paketi qəbul etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti irimiqyaslı sanksiyalar paketini təsdiqləməyi planlaşdırır. Məhdudiyyətlərin artıq sabah, oktyabrın 7-də qüvvəyə minə biləcəyi gözlənilir.

Bu barədə "Reuters" agentliyinə istinadən "RBC-Ukrayna" məlumat yayıb.


Aİ diplomatlarının çərşənbə axşamı verdiyi məlumata görə, ittifaqın səfirlərinin çərşənbə günü Rusiya əleyhinə təxminən 1650 yeni sanksiya bəndini nəzərdən keçirəcəyi gözlənilir. Bildirilir ki, bu məhdudiyyətlərin böyük hissəsi birbaşa ölkənin hərbi-sənaye kompleksinin fəaliyyətinə qarşı yönəlib.


Sözügedən sanksiyalar paketi Aİ-nin xarici siyasət qurumu — Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən təklif olunub. Diplomatlar vurğulayır ki, bu layihə Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğal dövründən bəri qəbul edilmiş ən böyük məhdudiyyətlər paketi olacaq.

QAZİLER.AZ