Amerikalı R&B müğənnisi və "You Are My Lady" hitinin müəllifi Freddi Cekson vəfat edib. O, 70 yaşıda dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 6-da musiqiçinin ailəsinə istinadən "Washington Post" qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, cənab Ceksonun ailəsi onun ötən gecə "dincəlmək üçün evə getdiyini" bildirib.
“Dünən gecə dünyasını dəyişən sevimli Freddi Ceksonun vəfatını dərin hüznlə və ürək ağrısı ilə bildiririk”, - ailənin rəsmi İnstaqram səhifəsində yerləşdirilən məlumatda deyilir.
QAZİLER.AZ

