Fransada keçirilən etiraz aksiyaları zamanı yüzlərlə tələbə və müəllim xəsarət alıb - VİDEO

Fransada keçirilən etiraz aksiyaları zamanı yüzlərlə tələbə və müəllim xəsarət alıb - VİDEO backend

Fransada davam edən kütləvi etiraz aksiyaları zamanı ən azı 215 şagird və təhsil sahəsinin 85 əməkdaşı xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornuya istinadən "Le Figaro" nəşrinin verdiyi məlumatda deyilir.

"Təhsil işçiləri arasında xəsarət alanların sayı son onilliklər ərzində ən yüksək göstəriciyə çatıb", - Milli Assambleyanın iclasında çıxış edən Lekornu vurğulayıb.

Məqalədə həmçinin qeyd olunur ki, etirazlar zamanı 715 jandarm və polis əməkdaşı yaralanıb, onlardan bir çoxu təhqir və təhdidlərə məruz qalıb.

QAZİLER.AZ