IŞID-in məhv ediləcəyi tarix bəlli oldu

IŞID-in məhv ediləcəyi tarix bəlli oldu backend

İraq 2016-cı ildə İŞİD terror qruplaşması üzərində qələbə qazanmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə,bu barədə fikirlərini İraqın baş naziri Heydər əl-Abadi yerli telekanallardan birinin efirində səsləndirib. "2016-ci il İŞİD üzərində son qələbə ili olacaq, bununla terrorçuların İraqda olmasına son qoyulacaq",- deyə hökumət qoşunlarının Ramadi şəhərini azad etməsindən sonra Heydər əl-Abadi bildirib. "Biz Mosulu azad etməyə hazırlaşırıq və bu İŞİD üçün son və qaçılmaz zərbə olacaq", - deyə baş nazir əlavə edib.

Ramadi şəhəri 2015-ci ilin may ayına qədər terrorçuların işğalı altında olub. İraqın Silahlı qüvvələri dekabrın 22-də şəhərə hücuma başlayıb və dekabrın 28-də şəhər terrorçulardan təmizlənib.

Mosul böyüklüyünə görə İraqın ikinci şəhəridir. İŞİD terror qruplaşması 2014-cü ilin iyununda şəhəri tutub. İraq silahlı qüvvələrinin generalı Camal Əl-Dulaiminın sözlərinə əsasən, Ramadinin azad olmasından sonra İraq hərbiçilərinin əsas planı Mosulun azad olunmasıdır.