ABŞ-dakı "Almazlar krateri" milli parkında 6,03 karat ağırlığında nadir sarı almaz tapılıb.
Qaziler.az "People"a istinadən xəbər verir.
Almazı park ziyarətçisi Cek Pieradin edib.
O, tapdığı daşın 48 üzlü bir kristal olan heksoktahedron olduğunu deyib. Bu, nisbətən nadir bir formadır. "Almazlar krateri"da tapılan almazların adətən 12 və ya 24 üzlü olması ehtimal olunur.
Pieradin almaza "Amerikan arzusu" adını verdiyini söyləyib.
Kişi qeyd etdi ki, "Amerikan arzusu"nu satmağa ümid edir. Qiymətli daş qiymətləndiricilərinin fikrincə, belə bir almaz 250.000 dollara satıla bilər.
QAZİLER.AZ

