Fransada etiraz aksiyalarına rekord sayda insan qatıldı

Fransada etiraz aksiyalarına rekord sayda insan qatıldı backend

Fransada keçirilən kütləvi etiraz aksiyalarında rekord sayda – 86 min insan iştirak edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Bundan əvvəl ölkənin milli təhsil naziri Eduar Jeffre bəyan etmişdi ki, kütləvi məktəbli etirazları başlayandan bəri Fransada təxminən 200 yeniyetmə xəsarət alıb.

Etirazçılar lisey yeməkxanalarında qidalanmanın keyfiyyətinin yüksəldilməsini, məktəblərdə smartfonlardan istifadəyə icazə verilməsini, dərslərin təşkilinin yaxşılaşdırılmasını, əlavə maliyyə vəsaitinin ayrılmasını və şagirdlərə rəhbərliklə açıq dialoq aparmaq imkanının yaradılmasını tələb edirlər.

"Le Figaro" qəzeti oktyabrın 2-də 600 etirazçının, oktyabrın 1-də isə 1949 nəfərin saxlanıldığı barədə məlumat vermişdi.

Fransada kütləvi etirazlar sentyabrın 17-də Paris məktəblərinin birində başlayıb və daha sonra bütün ölkəyə yayılıb.

QAZİLER.AZ