“Enerji iqtisadiyyatın baza resursudur”.
Qaziler.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada elektrik batareyalarının istehsalı klasterinin açılış mərasimində bəyanat verib.
"Vurğulamaq istəyirəm ki, enerji iqtisadiyyatın baza resursudur. Buna görə də akkumulyator sistemlərini elektrik şəbəkəsi kompleksinə, xüsusən də enerji resurslarının qıtlığı müşahidə olunan ərazilərə daha geniş şəkildə daxil etmək lazımdır", — deyə dövlət başçısı bildirib.
Putin vurğulayıb ki, enerji sektorunun uğurlu inkişafı və müasir enerji tutumlu saxlama sistemlərinin yaradılması olmadan texnoloji liderliyə nail olmaq qeyri-mümkündür.
QAZİLER.AZ

