Günəşdə baş verən partlayış nəticəsində kosmosa atılan plazma buludları Yer kürəsinə doğru hərəkət edir.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (REA KTİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, çərşənbə axşamı (bugün) Günəşdə "M" sinfinə aid iki güclü partlayış qeydə alınıb. Nəticədə Yer istiqamətinə doğru kifayət qədər böyük ölçüdə plazma buludları buraxılıb.
"Yaxın bir-iki saat ərzində buludların hərəkət istiqaməti tam dəqiqləşdiriləcək, bundan sonra bunun planetimiz üçün hansı riskləri yaratdığı məlum olacaq", – deyə məlumatda bildirilib.
QAZİLER.AZ

