Husilər Səudiyyə Ərəbistanının iki hava limanını vurub

Husilər Səudiyyə Ərəbistanının iki hava limanını vurub backend

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) bazar ertəsinə keçən gecə ölkənin cənubundakı iki hava limanına hücum edildiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə bəyanatı "Arab News" yayıb.

“Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi bazar ertəsinə keçən gecə Nəcran və Cazandakı hava limanlarının iki hücuma məruz qaldığını bəyan edib”, - qurumdan verilən məlumatda deyilir:

Bu hücumlar nəticəsində üç nəfər yaralanıb, həmçinin maddi ziyan dəyib.

Hava limanlarının ərazisində maddi dağıntılar qeydə alınıb. Fövqəladə hallar xidmətləri hadisənin nəticələrinin aradan qaldırılması və dəymiş ziyanın qiymətləndirilməsi ilə məşğuldur.

Pilotsuz uçuş aparatları (PUA) və raketlərlə həyata keçirilən hücumlara görə məsuliyyəti Yəmənin husi qruplaşması olan "Ənsar Allah" öz üzərinə götürüb.

QAZİLER.AZ