Avropa böhrana rəğmən Rusiya qazından imtina edəcək

Avropa böhrana rəğmən Rusiya qazından imtina edəcək backend

Avropa İttifaqı enerji böhranına baxmayaraq, 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını sıfıra endirmək niyyətindədir.

Qaziler.az "Evropeyskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyanat verib.

Onun sözlərinə görə, dörd il əvvəl Avropaya daxil olan qazın 45%-i Rusiyanın payına düşürdüsə, bu gün həmin rəqəm 12%-ə qədər geriləyib. O, 2027-ci ilin sonuna qədər bu göstəricinin sıfıra enəcəyini vurğulayıb.

AK rəhbəri qeyd edib ki, Rusiya qazından imtina prosesi enerji böhranına və enerji daşıyıcılarının yüksək qiymətlərinə baxmayaraq baş tutacaq.

"Fevralın sonundan bəri qazın qiyməti 140% artıb. Dizel yanacağının qiyməti iki dəfəyə yaxın yüksəlib. Ümumilikdə, İrandakı müharibə başlayandan bəri idxal olunan qalıq yanacaq Avropaya əlavə 100 milyard avroya başa gəlib. Və bu, bir dənə də olsun əlavə enerji molekulu almadan baş verib", – deyə fon der Lyayen bildirib.

QAZİLER.AZ