"SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskın sərvəti yenidən 1 trilyon dolları ötüb.
Qaziler.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, ABŞ-də fond bazarının açılmasından sonra onun şirkətlərinin səhmlərinin bahalaşması sahibkara ilk dəfə 2026-cı ilin iyununda əldə etdiyi trilyonçu statusunu geri qaytarıb.
Oktyabrın 5-də Maskın sərvəti yenidən 1 trilyon dollara çatıb ki, bu da cümə günü birja ticarətinin bağlanış vaxtı ilə müqayisədə 30,6 milyard dollar çoxdur. Bazar ertəsi "SpaceX"in səhmləri 5%-dən çox, "Tesla"nın qiymətli kağızları isə 1% bahalaşıb.
"Forbes"in məlumatına görə, Mask dünyanın ən zəngin insanı olaraq qalır. "Amazon"un təsisçisi Ceff Bezosun sərvəti təxminən 371,5 milyard dollar qiymətləndirilir ki, bu da Maskın sərvətindən 600 milyard dollar azdır.
Qeyd edək ki, iyulun 25-də İlon Mask artıq trilyonçu olmadığını ironiya ilə etiraf etmişdi.
QAZİLER.AZ

