Yəmən Moha şəhərinə nəzarəti bərpa edib

Yəmən Moha şəhərinə nəzarəti bərpa edib backend

Yəmən hökumət qüvvələri ölkənin qərbində yerləşən Taiz əyalətinin Moha liman şəhərinə nəzarəti yenidən ələ keçirib.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmənin SABA informasiya agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hökumətə sadiq qüvvələr havadan dəstək alaraq şiddətli döyüşlərdən sonra şəhərə nəzarəti bərpa edib. Bildirilir ki, “Ənsar Allah” hərəkatının husiləri sentyabrın əvvəlindən Moha şəhərinə nəzarət ediblər.

Mənbə qeyd edib ki, döyüşlər zamanı husilər arasında ölən və yaralananlar olub, onların bir qismi əsir götürülüb, digər döyüşçülər isə geri çəkilib.

Hazırda hökumət qüvvələri geri çəkilən “Ənsar Allah” üzvlərinin təqibini və azad edilmiş ərazilərin təmizlənməsini davam etdirir.